Birinci çempionatdan yadigar qalan stadion – SİYƏZƏNDƏN FOTOLAR

23 Mart 19:20 Araşdırma 690
Birinci çempionatdan yadigar qalan stadion – SİYƏZƏNDƏN FOTOLAR

Şəkillərdə gördüyünüz Siyəzən rayon stadionudur.

Sözügedən bölgənin “Çıraqqala” komandası müstəqillik tariximizin ilk ilində yüksək dəstədə çıxış etdiyi çempionatda ev oyunlarını məhz bu arenada keçirib.

Stadion uzun illər baxımsızlıqdan əziyyət çəkib. Lakin son illərdə müəyyən mənada göstərilən diqqət nəticəsində nisbətən stadiona oxşayan hala gətirilib.

2021-ci ilin oktyabrında AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov Siyəzənə səfər edəndə, arenanın əsaslı təmir olunacağını, yararsız ot örtüyünün süni qazonla dəyişdiriləcəyini bildirsə də, büdcədən vəsaitin ayrılmaması görüləcək işlərdə yubanma yaradıb.

Hazırda Siyəzəndəki stadionda cüdo, sərbəst güləş və futbol növləri üzrə məşqlər keçirilir. Rayonun özündən və kəndlərdən 100-ə yaxın gənc və yeniyetmə üç idman növü ilə məşğul olur.

Şimal zonasının aşağı yaş qruplarının zona yarışları da məhz bu arenada keçirilir.

İnanaq və ümid edək ki, aidiyatı dövlət qurumları ən qısa zamanda Siyəzən stadionu üçün vəsait ayıracaq və baxımsızlıqdan əziyyət çəkən idman qurğusu yerli idmançıların üzünə güləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti