“Bakıda 1 milyon erməni yaşayırdı…”- Yalan üzrə daha bir “çempion”

21 Mart 2023 19:10 Araşdırma 639
“Bakıda 1 milyon erməni yaşayırdı…”- Yalan üzrə daha bir “çempion”

Rəsmi Bakının Qərbi Azərbaycandan qovulan azərbaycanlıları problemlərini ciddi şəkildə gündəmə gətirməsi və beynəlxalq səviyyədə müzakirələrə daşıması Ermənistanda isterik vəziyyət yaradıb.

Yada salaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılıb.

Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Beynəlxalq platformada bu məsələnin gündəmdə saxlanılması vacib əhəmiyyət daşıyır. BMT-də yayılan sənəd göstərir ki, artıq beynəlxalq müstəvidə də işlərə başlanılıb. Elə bu da Ermənistanda isterik vəziyyət yaradıb.

“Türkiyənin milli andı var, onların siyasi seçimi bu paktın ideyaları üzərində işləyir və orada Ermənistan nəzərdə tutulmur, Qərbi Azərbaycan var, ondan sonra Turan var. Onlar ardıcıl olaraq bu yolla gedirlər”. Demokrat Partiyasının vitse-prezidenti Narine Dilbaryan “Ayeli” klubunda dinləmələrdə belə deyib. Dilbaryan Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsindən narahatlıqlarını dilə gətirərək Paşinyan hökumətini ittiham edib. “Soruşmaq istərdim ki, Ermənistan nə vaxtsa Bakıdan, Sumqayıtdan və digər bölgələrdən köçkünlər haqqında danışıbmı?” deyə, o hakimiyyəti ittiham edib.

1600607202_7292c04d-6ae7-48a2-9fd4-e25cfa885495.jpeg (41 KB)

Erməni partiya funksioneri daha da irəli gedərək, Qarabağda 120 min erməni yaşadığı barədə yalanları bu dəfə başqa kontekstdə davam etdirib: “Biz niyə məsələ qaldırmırıq ki, Azərbaycan ərazisində, Bakının özündə bir milyondan artıq erməni yaşayırdı? Bunlar da təsadüfi adamlar deyildi, təhsilli, elmi və peşəkar elita idi. Onların əmlakı, böyük maddi sərvətləri azərbaycanlılarda qaldı”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1979-cu ildə Bakıda ermənilərin sayı 215 min göstərilib. Zaman-zaman “Azərbaycanda 30 min erməni var” məsələsi gündəmə gəlir. Təbii ki, Azərbaycanda ermənilər yaşayır. Amma onların dəqiq sayı məlum deyil, bununla bağlı rəsmi statistika açıqlanmayıb. Bu baxımdan, göstərilən rəqəmin nə dərəcədə doğru olub-olmaması da mübahisəlidir. Çünki Azərbaycandakı ermənilərin hamısı soyadlarını dəyişiblər. Buna görə də statistikanı müəyyənləşdirmək çox çətindir. Amma bir fakt dəqiqdir ki, Bakıda heç vaxt 1 milyon erməni yaşamayıb, bu mümkün ola bilməzdi.

Orxan ƏLİYEV

Digər Xəbərlər
Xəbər Lenti