Azərbaycanda idmançını öldürən şəxsin məhkəməsi nə vaxt olacaq? - VİDEO

21 Mart 2023 09:20 Araşdırma 701
Azərbaycanda idmançını öldürən şəxsin məhkəməsi nə vaxt olacaq? - VİDEO

Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses martın 28-nə təyin edilib.

Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Tural Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Tural Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Tural Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən Ruslan Səfixanovun atası Əməkdar məşqçi Elçin Səfixanovdur.

Digər Xəbərlər
Xəbər Lenti