
AFFA 2024-2028-ci illər ərzində 3 rayonda stadionların təmirinə və tikintisinə vəsait ayıracaq.
Bu, FIFA və UEFA tərəfindən federasiyaya ayrılacaq maliyyə vəsaiti hesabına gerçəkləşdiriləcək layihədir.
Beynəlxalq qurumlardan gələcək pul müxtəlif regionlarda infrastrukturun qurulmasına və ya bərpasına sərf olunacaq.
Yevlax, İmişli, Tərtər - AFFA ilk növbədə bu rayonlarda yerləşən futbol qurğularına diqqət ayırmağı lazım bilib.
Həmçinin işğaldan azad edilmiş rayonların birində belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulub.
SPORTİNFO.AZ