
“Qarabağ”la “Qalatasaray” arasında baş tutacaq yoldaşlıq görüşü ölkədə geniş müzakirələrə yol açıb.
Məlum qarşılaşma Türkiyə nəhəngi üçün də böyük hadisədir.
Belə ki, “Qalatasaray” Bakıya kifayət qədər geniş tərkibdə gəlir. Klub rəhbərliyi, məşqçi və futbolçu heyəti, texniki və inzibati heyət təxminən 80 nəfərdən ibarət olacaq.
“Cim-bom”un Bakının dəbdəbəli otellərindən olan “Fairmont”da məskunlaşacağını xəbər vermişdik.
Yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
HƏBİB / SÖPRTİNFO.AZ