BU DA BELƏ... “Votçap”da çoxdan gözlənilən funksiya aktivləşdi

14 Mart 2023 15:30 Araşdırma 1 315
BU DA BELƏ... “Votçap”da çoxdan gözlənilən funksiya aktivləşdi

“WhatsApp” populyarlığını qorumaq üçün özünü təkmilləşdirməyə davam edir.

Budəfəki yenilik “WhatsApp”ın “Windows” tətbiqindən istifadə edənlər üçün nəzərdə tutulub.

Bildirilir ki, işçilərin əksəriyyəti ofisdə olarkən “WhatsApp”ın “Windows” tətbiqindən istifadə etməyə üstünlük verirlər.

Bunu nəzərə alan sosial media 2.2309.2.0 kodlu test versiyasında yeni funksiyalar əlavə edib. Yeni dəyişikliyə əsasən, istifadəçilər “Windows” proqramında söhbət tarixçələrini asanlıqla idarə edə biləcəklər.

Bu yeniləmə ilə istifadəçilər söhbətdə birdən çox mesaj seçib onları yönləndirə və ya silə biləcəklər. Dəyişiliklər hələlik test mərhələsindədir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?