Ermənistan maddi təzminat əvəzinə bizə nələr təklif edəcək?

9 Mart 2023 17:30 Araşdırma 617
Ermənistan maddi təzminat əvəzinə bizə nələr təklif edəcək?

Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) Ermənistan tərəfindən işğalı nəticəsində 16,2 milyard manat məbləğində ziyan dəyib.

Dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində baş verib.

Əslində Ermənistan ordusunun və qanunsuz hərbi birləşmələrinin Azərbaycana qarşı həyata keçirdiyi müharibə, terror nəticəsində Azərbaycana yüz milyardlarla dollar miqyasında zərər vurulub.

“Ermənistanın verəcəyi hesabat barədə fikirlər tərəfimdən dəfələrlə qaldırılıb. Mən dəfələrlə erməniləri bu mövzu haqqında açıq düşünməyə dəvət etmişəm. Bilirəm ki, bir sıra məsələlər hazırda məhkəmələrdədir. Bu proseslər bir müddət uzana da bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı tanınmış erməni fəal və bloger, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan deyib.

O hesab edir ki, məhkəmədə Azərbaycanın qaldırdığı iddialara Ermənistan cavab verməli olacaq. Elə bu səbəbdən də rəsmi İrəvan sülh təkliflərinə daha isti yanaşmalıdır:

“Əgər biz sülh müqaviləsində hansısa danışıqlarda razılaşa biləriksə, o zaman biz bu proseslərdə yumşalma da əldə edə bilərik. Mənim fikrimcə, gələcəkdə Azərbaycanla razılaşdırıb bunu bir sıra biznes strukturlarla, biznes əməkdaşlıqla həll etmək olar” - deyə Verdyan əlavə edib.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov isə bildirib ki, İrəvana Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri verməyi təklif etmək olar ki, bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər.

Dünya təcrübəsində də təzminatın ərazi ilə əvəzlənməsi faktları var. Ekspertlər hesab edir ki, əgər Ermənistanın pulu varsa, pul verəcək. Yoxdursa, sovet dövründə aldıqları torpaqların bir qismini təzminat formasında bizə qaytara bilərlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti