Erməni ordusunun mayoru Azərbaycana gizli məlumatlar ötürdü

9 Mart 2023 12:50 Araşdırma 667
Erməni ordusunun mayoru Azərbaycana gizli məlumatlar ötürdü

"Azərbaycanda əsirlikdə olan və 2021-ci ildə ölkəsinə qayıdan Ermənistan ordusunun hərbi qulluçusu, mayor A.N. 20 min dollar qarşılığında Azərbaycan xüsusi xidmət orqanlarına işləməyə başlayıb. O, gizli məlumatları Azərbaycana ötürüb".

Bu məlumatı Ermənistan KİV-ləri yayıb.

Qeyd olunur ki, mayor Ermənistan Cinayət Məcəlləsinin 299-cu (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Dövlətə xəyanətdə təqsirləndirilən mayorun işinin təfərrüatları barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan KİV yazır ki, 2021-ci ilin sentyabrına qədər Bakıdakı həbsxanalardan birində cəza çəkən A.N. Azərbaycanla əməkdaşlıq haqqında yazılı müqavilə imzalayıb:

"O, Ermənistana qayıtdıqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kommunal xidmət rəisi təyin olunub. Burada o casusluqla məşğul olub və məxfi məlumatların ötürülməsinə görə 20,2 min dollar alıb".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti