“Neftçi”də Qurban Qurbanova işləməyə imkan vermədilər, indi isə…

6 Mart 2023 22:40 Araşdırma 1 190
“Neftçi”də Qurban Qurbanova işləməyə imkan vermədilər, indi isə…

Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi iPremyer Liqanın XXV turuna təsadüf edib.

Onun rəhbərlik etdiyi “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə ağdamlılar 3:1 hesabı ilə qalib gəliblər.

Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb.

Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib.

Qurbanov “Qarabağ”dan başqa, “Neftçi”də 38, Azərbaycan millisində 12 oyunda iş başında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti