Paşinyan və bir qrup məmur 44 günlük müharibə ilə bağlı istintaqa cəlb olunub

1 Dekabr 2022 18:30 Araşdırma 510
Paşinyan və bir qrup məmur 44 günlük müharibə ilə bağlı istintaqa cəlb olunub

Ermənistanın bir qrup yüksək vəzifəli şəxsi, o cümlədən baş nazir Nikol Paşinyan 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Komitə istintaqın maraqları naminə konkret kimin dindirildiyini açıqlamayıb. Qurum həmçinin araşdırmanın hansı mərhələdə olduğunu açıqlamayıb.

Eyni zamanda İstintaq Komitəsi xatırladıb ki, cinayət işi çərçivəsində şahid statusunda olan baş nazir Nikol Paşinyan da dindirilib.

Müharibə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci (Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanıb.

44 günlük müharibədə Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər və zabitlərin yaxınları Ermənistan Baş Prokurorluğunun binası qarşısında dəfələrlə aksiyalar keçiriblər. Onlar cinayət işinin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"