Bu qolu Kriştianu Ronaldo vurmayıb - VİDEO

20 Noyabr 2022 00:00 Araşdırma 475
Bu qolu  Kriştianu Ronaldo vurmayıb - VİDEO

FİFA ötən gün Uruqvayla matçda Portuqaliyanın ilk qolunun müəllifi barədə açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu topu qapıdan keçirən futbolçunun Kriştianu Ronaldo olmadığını bildirib.

Açıqlama məlumatların topun üzərinə yerləşdirilən sensordan alındığı bildirilib:

“Ronaldo ilk qol zamanı topa toxunuş etməyib. Bunun sübutu topun üzərində yerləşdirilən sensora həmin vaxt kənar müdaxilənin olmamasıdır.

500Hz İMU sistemi sayəsində biz bunu dəqiqləşdirmişik. Bu səbəbdən qolun müəllifi kimi Bruno Fernandeş qeyd edilib”.

İlk dəfə DÇ-də topların içərisinə yerləşdirilmiş sensorlardan istifadə edilir. Bu həm ofsayd qərarlarını, həm də kənardan görünməyən toxunuşları müəyyən etmək üçündür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti