İngiltərə millisinin sabiq üzvü Tovuzda unudulmaq istəmirsə...

27 Noyabr 2022 09:40 Araşdırma 360
İngiltərə millisinin sabiq üzvü Tovuzda unudulmaq istəmirsə...

Premyer Liqaya əla start verən "Turan Tovuz" ölkə kubokunda da öz gücünü göstərməyi bacardı.

Təbii ki, hazırkı "Turan Tovuz"un belə müsbət nəticələrində ilk növbədə baş məşqçi Ayxan Abbasovun imzası var.

Amma bir ad var ki, onun da əməyini xüsusi qiymətləndirməmək olmaz.

Söhbət yay fasiləsində komandanım heyətinə qatdığı Nathan Oduvadan gedir.

Əminliklə demək olar ki, ingiltərəli hücumçu qərb təmsilçisinin ən faydalı legionerlərdən biri və bəlkədə birincisidir.

O, olmadısa, Tovuz təmsilçisinin də işi bir xeyli çətinləşmiş olur.

Əbəs deyil ki, komanda bu mövsüm onsuz meydana çıxdığı 4 görüşdən heç birində qələbə qazana bilməyib. Rəqib qapılarından isə cəmi 1 qol keçirilib. O da "Şamaxı"ya məğlubiyyət yaşanan (1:3) görüşdə penati zərbəsindən sonra vurulub.

9 ildən sonra Premyer Liqada qazanılan ilk qələbənin memarı da odur. "Səbail" üzərindəki tarixi qələbə (1:0) məhz onun vurduğu qolla əldə olunmuşdu.

"Kəpəz"lə tarixi derbidəki qələbədə isə (2:0) hər iki qolun asisti Oduvadan gəlmişdi.

Ölkə kubokunda bölgə klubunun "Şamaxı"nı udaraq mərhələ adlaması da 26 yaşlı gəlmənin vurduğu yeganə qolla mümkün oldu.

İngiltərə millisinin sabiq üzvü mövsümün sonuna kimi indiki parlaq çıxışını davam etdirə bilsə, yəqin ki, yerli publika hələ uzun illər onu unutmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı