Messinin qiymətindən 2 dəfə azdır – Bu komandanın ümumi dəyəri

23 Noyabr 2022 03:20 Araşdırma 573
Messinin qiymətindən 2 dəfə azdır – Bu komandanın ümumi dəyəri

Argentina millisi DÇ-2022-nin ilk turunda Səudiyyə Ərəbistanına uduzub (1:2).

Sportinfo.az xəbər verir ki, görüşdən sonra xarici KİV-lərdə bu komandalar haqqında bir neçə məlumat diqqət çəkib.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanı komandasının ümumi dəyəri 25,4 milyon avro təşkil edir. Bu da argentinalı hücumçu Lionel Messinin hazırkı qiymətindən (50 milyon avro) iki dəfə azdır.

Səudiyyə Ərəbistanının bütün heyətinin dəyəri bir tək Messinin qiymətindən 2 dəfə azdır

Argentina yığmasının ümumi dəyəri isə 633,2 milyon avrodur. Bu da Səudiyyə Ərəbistanı millisindən təxminən 25 dəfə çoxdur.

35 yaşlı Messi sözügedən görüşdə 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək 1 qol vurub. Lakin Səudiyyə Ərəbistanı 2 qolla geri dönüş edərək qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti