Lionel Messi Argentina millisində yeni rekorda imza atıb.
Sportinfo.az xəbər verir ki, o, 5-cü dəfə dünya çempionatının qrup mərhələsində iştirak edib.
Daha əvvəl belə nəticəyə O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus və Canluici Buffon (İtaliya) da imza atıb.
O, Səudiyyə Ərəbistanı ilə görüşdə qol vurmaqla 4-cü dünya çempionatında fərqlənərək də adını tarixə yazdırıb. Bu nəticəyə imza atan yeganə argentinalıdır.
Messi daha əvvəl 3 dünya çempionatında qol vurmuş həmyerliləri Dieqo Maradona və Qabriel Batistutanı geridə qoyub.

