“Təsadüfən görüşdük, “Neftçi” haqda söhbət etdik” - Uzun illər sonra…

19 Noyabr 2022 20:40 Araşdırma 1 086
“Təsadüfən görüşdük, “Neftçi” haqda söhbət etdik”  - Uzun illər sonra…

“Hələ Bakıda olanda Slavço Georgiyevski ilə danışmışdıq ki, mən Makedoniyaya gedəndə görüşək.

Azərbaycanla Moldova arasında yoldaşlıq görüşündən sonra Skopyeyə gəldik və mən dərhal Şimali Makedoniya – Finlandiya görüşünü izləmək üçün stadiona yollandım.

Slavço və İqor Mitreski ilə stadionda təsadüfən görüşdük”.

Azərbaycan millisində Canni de Byazinin əsas köməkçisi kimi çalışan Arif Əsədov Sportinfo.az-a açıqlamasında vaxtilə rəhbərliyi altında top qovmuş makedoniyalı futbolçularla görüşü haqda danışıb.

2010-cu ilin iyununda - Əsədov “Neftçi”yə yeni baş məşqçi təyin olunanda Azərbaycan və Makedoniya yığmaları Avstriyada yoldaşlıq görüşündə üz-üzə gəlmişdi.

Həmin vaxt Avstriyaya yola düşən baş məşqçi Georgiyevskinin oyununu bəyənərək rəhbərliyə raport vermiş və qısa müddətdə transfer baş tutmuşdu.

Çox keçmədən Moskva “Spartak”ındakı çıxışları ilə tanınan Mitreski də “ağ-qaralar”ın şərəfini qorumağa razılıq vermişdi.

Arif bəylə Makedoniya millisinin sabiq üzvlərinin görüşündə ötən günləri yada düşüb, xoş xatirələr dilə gətirilib:

“Həmin “Neftçi”də yaxşı günlərimiz olub. Ovaxtkı komanda ilə indiki “Neftçi” haqda söhbət etdik, maraqlı hadisələri, xatirələri yada saldıq.

Bildiyiniz kimi, onların Azərbaycana gəlişi baş məşqçi olduğum dönəmə təsadüf etmişdi. Slavçonu oyunda canlı izləyib bəyənmişdim".

Slavço Georgiyevski 2010-2012-ci illər aralığında “Neftçi”də şans qazandığı 63 matçda vurduğu 4 qolla yadda qalıb. O, bakılıların heyətində 2 dəfə Azərbaycan çempionluğunun sevincini yaşayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti