Premyer Liqada ən intizamsız futbolçular bəlli olub.
Sportinfo.az xəbər verir ki, mövsümün arxada qalan hissəsində 5 oyunçu vərəqə sayında digərlərindən fərqlənib.
“Səbail”in üzvü Tural Bayramlı 14 tur ərzində iki dəfə qırmızı vərəqə alan yeganə futbolçudur. O, görüşlərin birində birbaşa, digərində ikinci xəbərdarlığa görə meydanı tərk edib.
Sarı vərəqə sayında rekordun üç sahibi var. Feras Abu Akal (“Qəbələ”), Aleksey İsayev (“Sabah”) və Giorgi Kantariya (“Kəpəz”) hərəyə 7 xəbərdarlıqla cəzalanıb. Artıq bir dəfə cəzalı duruma düşən oyunçular ikincinin astanasındadır.
“Şamaxı”nın futbolçusu Rauf Hüseynll də ümumilikdə 7 vərəqə alıb. 4 matçda sarı ilə cəzalanan oyunçu bir görüşdə iki xəbərdarlıq üzündən qırmızı ilə meydanı tərk edib.

