DİQQƏT! Bu saatlarda maşınınızda musiqiyə yüksək səs verməyin, cərimələnəcəksiz - VİDEO

18 Noyabr 2022 15:50 Araşdırma 619
DİQQƏT! Bu saatlarda maşınınızda musiqiyə yüksək səs verməyin, cərimələnəcəksiz - VİDEO

Bir çox insan avtomobillə gedərkən musiqi dinləməyi sevir. Lakin bəzi sürücülər ictimai yerdə olduğunu unudaraq musiqinin səsini çox artırırlar.

sürücülər belə hallara yol verdiyi təqdirdə onları cərimələrin gözlədiyindən xəbərsizdir.

Saat 00:00-dan 07:00-a qədər yüksək səsli musiqi ilə avtomobil idarə edən sürücüləri 150 AZN-dən 2500 AZN-dək cərimə gözləyir. Günün digər saatlarında ictimai asayişi pozanlar da cəzasız qalmır.

Sürücülər bəzən elə hesab edir ki, avtomobil onların şəxsi mülkiyyəti olduğu üçün onlara məhdudiyyət qoyula bilməz.

Lakin sürücülər unutmamalıdır ki, avtomobillə yola çıxan sürücülər yol hərəkəti haqqında qanunlara riayət etməlidir. İnzibati Xətalar Məcəlləsini də yaddan çıxarmamalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti