“O ərazilərdə ümumi iş yerlərinin sayı 950 olacaq” - QARABAĞ GÜNDƏLİYİ

16 Noyabr 2022 21:40 Araşdırma 629
“O ərazilərdə ümumi iş yerlərinin sayı 950 olacaq” - QARABAĞ GÜNDƏLİYİ

"Bu günə qədər işğaldan azad edilmiş rayonlarda 362 min hektar ərazidə elektron kadastr uçotu işləri yerinə yetirilib".

Bunu Milli Məclisdə çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, cari ilin 10 ayı ərzində Ağdam Sənaye Parkında və Arazvadisi zonasında 13 müəssisə rezident, 3 müəssisə qeyri-rezident kimi qeydə alınıb:

“Bu layihələrin həyata keçirilməsi sayəsində yaradılan toplam işyerlərinin sayı 950 olacaq. Ümumilikdə layihələrə 850 milyon manat sərmayə qoyuluşu nəzərdə tutulub”.

M.Cabbarov əlavə edib ki, “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi və onun tətbiqi barədə fərmanın layihəsi yaxın zamanda hökumətə təqdim ediləcək.

O vurğulayıb ki, Rəqabət Məcəlləsinin yekun versiyası tərtib edilib və “Büdcənin fəaliyyəti haqqında” yeni layihə isə beynəlxalq təşkilatların rəyinə təqdim edilib. Azad edilmiş ərazilərə Böyük Qayıdış layihəsi də hökumətə təqdim edilib və sənədə baxılmaqdadır.

Nazirin sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən investisiyanın təşkilinin təkmilləşdirilməsi mexanizmi ilə bağlı təkliflər hazırlanıb və İqtisadi Şurada müzakirə edilib:

"Təkmilləşdirilmiş mexanizm azad edilmiş ərazilər, sənaye məhəllələri, turizm və sənaye parkları, regional ərazilər və s. istiqamətləri əhatə edir.

Bu layihə ölkədə istehsal olunmayan məhsulların istehsalı məqsədilə hazırlanıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə beynəlxalq məsləhətçi şirkət də cəlb olunmaqla, real sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın genişləndirilməsi, habelə, kapital bazarının inkişafı sahəsində mövcud olan əngəllərin aradan qaldırılması üzrə xüsusi layihə üzrə iş gedir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti