"Qarabağ"ı uddular, yolları bağladılar, atəşfəşanlıq etdilər, bədəli ağır oldu

16 Noyabr 2022 11:00 Araşdırma 954
"Qarabağ"ı uddular, yolları bağladılar, atəşfəşanlıq etdilər, bədəli ağır oldu

UEFA "Nant"ı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna Fransa təmsilçisinin azarkeşlərinin evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yol verdikləri hərəkətlər səbəb olub.

Klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro cərimələnib.

Üstəlik, UEFA "Yuventus"a qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Bundan başqa, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün "Nant"a xəbərdarlıq edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!