Qarabağda bu ərazinin azad olunması ilə bağlı yeni VİDEO görüntülər yayıldı

14 Noyabr 2022 01:20 Araşdırma 930
Qarabağda bu ərazinin azad olunması ilə bağlı yeni VİDEO görüntülər yayıldı

2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb.

Bununla bağlı yeni videogörüntülər yayılıb.

Videoda görünür ki, cənublu soydaşlarımız bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırmasını qürur və fəxarətlə qeyd edir, hərbçilərimizə "Yaşasın Azərbaycan", "Azərbaycan, Azərbaycan" şüarları ilə dəstək olurlar.

Qeyd edək ki, tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir.

Tarixi abidə qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti