“Qarabağdakı qondarma rejimin sabiq “komandan”ı tutulacaq?

4 Noyabr 2022 18:50 Araşdırma 749
“Qarabağdakı qondarma rejimin sabiq “komandan”ı tutulacaq?

“Qarabağdakı qondarma rejimin sabiq “komandan”ı general Mikael Arzumanyan barəsində başlanılan cinayət işində ciddi dəyişikliklər gözlənilir”.

Bu barədə məlumatı Ermənistanın “İravunk” qəzeti yayıb.

Məlumata görə, sözügedən cinayət işində şübhəli bilinən şəxslərin siyahısı genişlənəcək.

Xüsusilə qeyd olunur ki, “Şuşa işi” ilə bağlı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyanın da adının hallanacağı istisna edilmir.

Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb.

Belə ki, o, Şuşanın guya Azərbaycana təslim edilməsində günahlandırılır. Daha sonradan məhkəmə Arzumanyanın həbs edilməsi barədə qərar qəbul edib.

Mikael Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olaraq fəaliyyət göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti