Beynəlxalq matçlarda ən çox qol vuran futbolçular - 2022-ci ildə

1 Noyabr 2022 22:00 Araşdırma 813
Beynəlxalq matçlarda ən çox qol vuran futbolçular - 2022-ci ildə

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ilk 10 ayı ərzində beynəlxalq oyunlarında ən çox qol vuran oyunçuları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahının ilk pilləsində 3 futbolçu qərarlaşıb.

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi, “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland, həmçinin “Bayern” və Seneqal millisinin futbolçusu Sadio Mane bu vaxtadək beynəlxalq qarşılaşmalarda 14 qola imza atıb.

Messi Argentina yığmasının heyətində daha çox fərqləndiyi üçün ilk sırada yer alıb.


Futbolçu
Klub Ölkə Qollar Cəmi
Klub Milli
1 Lionel Messi PSJ (Fransa) Argentina 4 10 14
2 Erlinq Holan “Borussia” D. (Almaniya), “Mançester Siti” (İngiltərə) Norveç 5 9 14
3 Sadio Mane “Liverpul” (İngiltərə), “Bavariya” (Almaniya) Seneqal 6 8 14
4 Pedro “Flaminqo” Braziliya 12 1 13
5 Kilian Mbappe PSJ (Fransa) Fransa 8 4 12
6 Kərim Benzema “Real Madrid” (İspaniya) Fransa 11 1 12
7 Eldor Şomurodov “Roma” (İtaliya) Özbəkistan 1 10 11
8 Mohamed Salah Liverpool (England) Misir 7 4 11
9 Robert Levandovski “Bayern” (Almaniya), “Barselona” (İspaniya) Polşa 9 2 11
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti