Yalnız “Neftçi” ilə “Qarabağ”dan geri qalır

1 Noyabr 2022 00:50 Araşdırma 679
Yalnız “Neftçi” ilə “Qarabağ”dan geri qalır

“Kəpəz” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Misli Premyer Liqasının 12-ci turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyükhesablı ev qələbəsi kimi düşüb.

Öz meydanında üç və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “Kəpəz” yalnız “Neftçi” ilə “Qarabağ”dan geri qalır.

Gəncəlilər bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0.

“Kəpəz”in Gəncədəki ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!