Paşinyandan etiraf: “Qarabağda 994 itkinimiz var”

20 Oktyabr 2022 15:30 Araşdırma 963
Paşinyandan etiraf: “Qarabağda 994 itkinimiz var”

Qarabağda baş vermiş birinci müharibə nəticəsində 777, ikinci müharibədə isə 217 erməni itkin düşüb.

Bunu baş nazir Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, sentyabrın 13-dəki döyüşlər nəticəsində Ermənistan tərəfdən 29 nəfər itkin düşüb. “Ümid edirik ki, Azərbaycan soydaşlarımızın taleyinin aydınlaşdırılmasında əməkdaşlıq edəcək”, - Paşinyan bildirib.

Birinci və İkinci Qarabağ müharibələrində əsir, itkin və girov götürülmüş 4 min Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirməyən Ermənistan rəhbərliyinin bu məsələni gündəmə gətirməsi təbii ki, məkrli niyyətdən xəbər verir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti