«Arxada qalan müddətdə Moldova Super Liqasın yaxından tanımaq imkanım oldu».
Bu sözlər Sportinfo.az-a açıqlamasında «Dinamo Avto»nun baş məşqçisi Novruz Əzimov deyib.
Bir müddət öncə yeni klubunda işə başlayan mütəxəssis Moldova çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edib:
“Səviyyə, demək olar ki, oxşardır. Öz komandamdan başqa, “Şerif”, “Milsami”, “Zimbru”nun da oyunun yaxından izləmişəm.
Digər klubların oyunlarının videolarına baxmışam. “Şerif” və “Milsami” daha imkanlı klublardı.
Heyətlərində kifayət qədər bahalı oyunçular var. Əsas fərqlərdən biri odur ki, burada legioner limiti yoxdur.
Heyətdə 11 oyunçunun hamısı əcnəbi ola bilər. Bizdə də əksəriyyəti legionerdir. Amma gənclərdir.
Burada da 4 klub avrokuboklara gedir. Hər bir komandanın da əsas məqsədi ora çıxmaqdır. Çünki UEFA-dan büdcəyə gələcək pul klublar üçün çox önəmlidir“.

