Premyer Liqada “Turan Tovuz”un formasını tərlədənlərdən biri də Cavid Tağıyev olacaq.
Tovuz futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi futbolda ilk addımlarını bu komandada atsa da, sonradan başqa komandaların uğurları üçün can yandırmışdı.
Bundan sonra isə tovuzlu futbolçularla birgə doğma rayonunun komandasının adını uca tutmağa çalışacaq.
Hazırda komandası ilə birgə Tbilisidə təlim-məşq toplanışında olan 30 yaşlı Tağıyev Sportinfo.az-a açıqlamasında kollektivlə bağlı ilkin təəssüratlarını bölüşərək gözləntilərini dilə gətirib:
“Komandada yüksək əhval-ruhiyyə var. Hamı bir nəfər kimi məşqlərdə can yandırır. Əsas məqsədimiz Premyer Liqaya hazır olmaq, azarkeşlərimizi sevindirməkdir. İnşallah, istəyimizə çatarıq.
Özümə gəlincə, mütəmadi forma geyinmək şansı qazanmaq, bununla da “Turan Tovuz”a kömək etmək istəyirəm.
Bilirəm ki, hər şey özümdən asılıdır. 9 ildən sonra Premyer Liqaya qayıtmışıq. Elə etməliyik ki, öz oyunumuzla azarkeşlərimizin üzünü güldürək”.
Cavid Tağıyev karyerası ərzində “Səbail”, “Sabah”, “Sumqayıt”, “Qarabağ”, “2irə” və A2AL-ın şərəfini qoruyub, ölkənin əsas millisində çıxış edib.

