Rövnəq Abdullayev AFFA-ya tapşırdı:  Ramin Musayevsiz iş görməyin

25 İyul 2022 14:40 Araşdırma 2 387
Rövnəq Abdullayev AFFA-ya tapşırdı:  Ramin Musayevsiz iş görməyin

AFFA prezidenti Rövnəq Abdullayev Peşəkar Futbol Liqasının rəhbəri (PFL) Ramin Musayevlə bağlı federasiya rəsmilərinə yeni göstəriş verib.

O, qurumun gündəlik fəaliyyəti və alınan qərarlarla bağlı Musayevlə məsləhətləşməyi tapşırıb.

Belə demək mümkünsə, Abdullayev PFL prezidentinin iştirakı olmadan hansısa addımın atılmasına qadağa qoyub.

3 ay əvvələ kimi belə deyildi. Elxan Məmmədov öaş katib və icraçı vitse-prezident postunu tutduğu illərdə AFFA-nı təkbaşına idarə edirdi.

Bu müddətdə Ramin Musayevin proseslərə təsir imkanları çox zəifləmiş, hətta son illərdə heçə enmişdi. Məmmədov Musayevun kurasiyasındakı bəzi sahələri də öz əlinə keçirə bilmişdi.

Hakimlər və klublar onun nəzarəti altında idi. Soruşan olmasaydı, bilmək olmazdı ki, PFL həyatda var, yox yox. Yəni, sabiq baş idarəçi adıçəkilən qurumun fəaliyyətini tamamilə sıfıra endirmiş, əsas güc mərkəzinə çevrilmişdi.

Yalnız bayramdan bayram yada düşürdü ki, PFL adlı təşkilat mövcuddur və onun da belə bir prezidenti var.

E.Məmmədov FİFA-ya təyinat alandan sonra vəziyyət yenidən dəyişməyə – Ramin Musayevin istədiyi istiqamətə tərəfə yön almağa başlayıb. İndi əl-qolu xeyli açılıb.

O, daha İcraiyyə Komitəsinin iclaslarında susmur, tez-tez fikirlərini bildirir, hətta Cahangir Həsənzadə kimi AFFA funksionerləri ilə mübahisəyə girməkdən çəkinmir

Komitənin son iclasından öncə baş katib Sərxan Hacıyev toplantı keçirib və Musayev burada da əsas fiqur qismində iştirak edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!