“Sürix”lə oyunda Şahruddin kimi dinləmədi və niyə peşman oldu? - VİDEO

25 İyul 2022 01:00 Araşdırma 1 537
“Sürix”lə oyunda Şahruddin kimi dinləmədi və niyə peşman oldu? - VİDEO

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” oyununda (3:2) sona 5 dəqiqə qalmış Ağdam klubunun qapısına penalti təyin olunur.

Bu zaman qapı arxasındakı uşaqlardan biri - “Qarabağın 16 yaşlılardan ibarət komandasının üzvü Fərid Məmmədyarov Şahruddin Məhəmmədəliyevə Mirlind Kryeziunun penaltini sağ küncə vuracağını qışqırır. “

Topdaşıyan uşaq nə qədər qolkiperi inandırmağa çalışsa da, o, fərqli istiqamətə tullanır və “Sürix” hesab fərqini azaldır.

Sonradan “Qarabağ”ın qapıçısı bütün diqqətinin oyunda olduğunu ona görə də uşağı eşitmədiyini deyib.

Sportinfo.az “Xəzər TV” idman departamentinin şefi Sənan Abdullayevin bununla bağlı hazırladığı maraqlı videosüjeti təqdim edir:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti