«Düşərgəmizdə çox yüksək əhval-ruhiyyə hökm sürür».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»ni «Turan Tovuz»a dəyişən Xəyal Nəcəfov deyib.
Ötən ilin yayında «Sumqayıt»ın «ağ-qaralar»ə satdığı yarımmüdafiəçi yeni mövsümə qərb bölgəsində başlayacaq.
9 ildən sonra Premyer Liqaya qayıdan Tovuz komandası ilə birillik icarə müqaviləsi bağlayan orta sahə oyunçusu təəssuratlarını açıqlayıb:
«Məşqlərimizdə yüksək səviyyədə hazırlaşırıq. Özümü burada yaxşı hiss edirəm.
Ümid edirəm ki, zəhmətimiz hədər getməyəcək və tovuzlu futbolsevərləri öz oyunumuzla sevindirəcəyik. Mən də bunun üçün əlimdən gələni əsirgəməyəcəm».

