Azərbaycanda çoxlu pul qazanan: “4 maşınım, 3 evim var, hələ birini də…”

23 İyul 2022 16:40 Araşdırma 1 497
Azərbaycanda çoxlu pul qazanan: “4 maşınım, 3 evim var, hələ birini də…”

“O qədər puldan nə qaldı mənə? Bu günümə şükür, şikayət etmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanov deyib.

10 ildən artıq ölkəmizdə çıxış edən, “Sumqayıt”, “Neftçi”, Qəbələ” “Zirə” kimi çoxsaylı klubların formasını geyinmiş milliləşdirilmiş forvard burada qazandığı pulları hara sərf etdiyini açıqlayıb:

“Hazırda Stavropolda4 şəxsi maşınımı taksi kimi icarəyə vermişəm. 3 evim var, 1-ni də yavaş-yavaş tikdirirəm.

Qalan pula da ata-anamın kredit borclarını bağladım, bacıma toy elədim, ev aldım, anamgilə ayrı ev, özümə toy etdim, imkan daxilində ailəmlə müxtəlif ölkələrdə istirahət etdim.

Oynadığım futbolun və qazandığın pulların qarşılığında anam üçün şərait yaradıb, onun üzünü güldürə bilmişəmsə, buna görə çox xoşbəxtəm.

Çünki o qadının üzərimdə əməyi böyükdür. Vaxtilə oradan-buradan borc alıb, məni “Rostov”a, “Rubin”ə göndərirdi ki, yaxşı futbolçu olum”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti