Mane Salahı və Mendini qabaqladı, Afrikanın ən yaxşı futbolçusu seçildi

22 İyul 2022 12:00 Araşdırma 554
Mane Salahı və Mendini qabaqladı, Afrikanın ən yaxşı futbolçusu seçildi

Afrika Futbol Konfederasiyası (CAF) 2021/2022 mövsümünün ən yaxşı oyunçusunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu ada "Liverpul"u "Bavariya"ya dəyişən seneqallı hücumçu Sadio Mane layiq görülüb.

30 yaşlı oyunçu sabiq komanda yoldaşı misirli forvard Məhəmməd Salahı və "Çelsi"də çıxış edən qapıçı Eduar Mendini qabaqlayıb.

Sadio Mane ötən mövsüm "qırmızılar"ın heyətində ölkə kubokunu və Liqa Kubokunu qazanıb. Təcrübəli oyunçu ilin əvvəlində Seneqal yığması ilə Afrika Millətlər Kubokuna da sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti