3 qat Azərbaycan çempionunu klubdan kim və niyə kənarlaşdırdı? - TƏFƏRRÜAT

20 İyul 2022 21:00 Araşdırma 2 428
3 qat Azərbaycan çempionunu klubdan kim və niyə kənarlaşdırdı? - TƏFƏRRÜAT

“Kəpəz”də gözlənilməz ayrılıq yaşanıb.

Növbəti mövsümdə Gəncə təmsilçisinə fayda verəcəyi gözlənilən Cavid İmamverdiyevlə yolların ayrılması haqda xəbər vermişdik.

Ötən ay – komanda hazırlığa başladığı gündən kollektivlə birgə olan yarımmüdafiəçi şok xəbəri baş məşqçi Yaşar Vahabzadədən alıb.

Səbəbkar saytımıza açıqlamasında məsələ ilə bağlı danışıb:

“Baş məşqçi komandaya lazım olmadığımı dedi. Səbəb-filan göstərmədi, sadəcə lazım olmadığımı söylədi.

Keçən aydan hazırlıqda iştirak edirdim, özümü də kifayət qədər yaxşı hiss edirdim. Premyer Liqanın başlamasına 15 gün gün qalmış belə bir qərar...

Hələ ki, təklif yoxdur. Görək nə olacaq”.

Cavid İmamverdiyev yüksək dəstədə “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah”, “Keşlə” (indiki “Şamaxı”) kimi komandaların heyətində 300-ə yaxın oyunda meydana çıxıb. O, 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti