Azərbaycan klubunda yeni rəhbər – Əvvəl vitse-prezident idi

20 İyul 2022 14:00 Araşdırma 1 365
Azərbaycan klubunda yeni rəhbər – Əvvəl vitse-prezident idi

«Turan Tovuz»un Müşahidə Şurasının yeni sədrinin kimliyi bilinib.

2014-cü ildən bu postu tutan Oqtay Abdullayevin vəzifəsini dəyişməsini daha əvvəl xəbər vermişdik.

O, indən belə prezident kimi klubda fəaliyyətini davam etdirəcək. Şuranın sədarətində onu Yaşar Sultanovun əvəzləyəcəyi dəqiqləşib.

Adıçəkilən şəxs futbol camiəsinə yaxşı tanışdır. Sultanov illər öncə «Turan»da çalışıb, vitse-prezident olub.

Onun rayonun İcra Hakimiyyəti ilə münasibətləri yaxşıdır. Elə bu təyinat da icra başçısı Məmməd Məmmədovla razılaşdırılıb və yaxın günlərdə bununla bağlı qərar rəsmən açıqlanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti