“Qarabağ” dünən Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.
Azərbaycan çempionu II təsnifat mərhələsində mübarizəyə qoşulub.
I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkib.
İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.
“Sportinfo TV“də yayımlanan “Futbol söhbəti“ verlişinin aparıcısı Elçin Cəfərov dünənki matçla bağlı maraqlı fikirlər səsləndirib.
Tanınmış telejurnalist “köhlən atlar“ın matçın ikinci hissəsində üstünlüyü əldən verməsinin səbəblərini açıqlayıb.
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

