Afrikalı tanınmış müdafiəçi lipa imiş… Yaşını 7 il "azaldıb"

18 İyul 2022 12:00 Araşdırma 753
Afrikalı tanınmış müdafiəçi lipa imiş… Yaşını 7 il

"Marsel" ilə müqavilə imzalayan Şansel Mbemba haqda şok məsələ ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, iddiaya görə, 27 yaşında olduğu bilinən oyunçunun əslində 4 fərqli doğum tarixi var.

Konqoda futbola başladığı ilk klubdakı sənədlərdə onun təvəllüdü 1988-ci il kimi göstərilir. Amma müdafiəçinin 1991, 1995, 1990-cı il təvəllüdlü olduğuna dair sənədlər də ortaya çıxıb.

FİFA məsələ ilə bağlı araşdırmaya başlayıb.

Ötən mövsümün sonunda "Portu" ilə müqaviləsi başa çatan Mbemba "Marsel"ə azad agent kimi keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti