“Qarabağ”ın üstünə “CƏLLAD” GƏLİR - Qurbanov ehtiyatlı olsun!

16 İyul 2022 20:00 Araşdırma 5 494
“Qarabağ”ın üstünə “CƏLLAD” GƏLİR - Qurbanov ehtiyatlı olsun!

“Qarabağ”ın “Sürix”lə Bakıdakı ilk oyununda meydandakı əsas söz sahibi Bosniya ve Hersoqovinalı hakim olacaq.

İrfan Peltoya yan xətlərdə Senad İbrişimbeqoviçlə Davor Belo yardım edəcək. Dördüncü hakim funksiyasının öhdəsindən Miloş Qiqoviç gəlməyə çalışacaq.

Bakıdakı oyundan bir gün əvvəl 38 yaşını qeyd edəcək ədalət təmsilçisini kifayət qədər təcrübəli hesab edə bilərik.

Pelto 2015-ci ildən FİFA referisi statusunu daşıyır və bu müddətdə baş hakim qismində 62 beynəlxalq matça (32-si klub,

30-u milli komandalar çərçivəsində) təyinat alıb. 7 ildə 62 oyun 1 il üçün orta hesabla təxminən 9 beynəlxalq görüş deməkdir ki, bu da təcrübə üçün kifayət edir.

İşin maraqlı tərəfi bu qədər oyunun qarşılığında İrfanın bir dəfə də olsun Bakıya səfər etməməsidir. Bakıya gəlməməsi bir yana, indiyə qədər heç vaxt təmsilçilərimizin matçlarına təyinat almayıb.

Odur ki, bu dəfə həm Bakıya ilk səfəri olacaq, həm də ilk dəfə Azərbaycan təmsilçisinin oyununda fit çalacaq.

Bu hakimin karyerasına göz gəzdirəndə “cəlladlığı” dərhal nəzərə çarpır. Pelto vərəqə göstərməyə hədsiz meyllidir. Hətta bəzi görüşlərdə 10-12 “sarı”ya əl atmaqla yadda qalıb.

Ümumi mənzərəyə nəzər salsaq, bosniyalı referi 62 qarşılaşmada 249 dəfə sarı vərəqəyə al atıb.

Bu isə hər oyunda orta hesabla 4 “sarı” deməkdir. Qırmızı vərəqələrin sayı isə 14-dür. Bu da hər 5 oyundanbir 1 “qırmızı” anlamına gəlir.

Kifayət qədər gərgin və prinsipial keçəcək qarşılaşmada “Qarabağ”lı futbolçular ehtiyatı əldən verməməlidir.

İrfanın vərəqə göstərməyə həvəsli olduğunu nəzərə alsaq, “köhlən atlar”ın cəza sərhədində olan futbolçuları cavab oyununda cəzalı duruma düşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti