Polşalı jurnalistlər “Lex”i görün, nə hala salır: “Bam, bam və....” - FOTO

14 İyul 2022 20:40 Araşdırma 1 997
Polşalı jurnalistlər “Lex”i görün, nə hala salır: “Bam, bam və....” - FOTO

Azərbaycan çempionu “Qarabağ”ın Bakıda “Lex”i kötəkləməsi (5:1) Polşada gündəm olub.

İndi cavandan yaşlıya, uşaqdan böyüyə - hamı darmadağından danışır, məğlubiyyətin səbəblərini axtarmağa çalışır.

Polşalı həmkarlarımızın qəzəblənməsi də anlaşılandır. Axı, hansısa ölkənin təmsilçisi faciəvi şəkildə narahat olanda buna ən çox qəzəblənən həm də jurnalistlər olur.

Günboyu Polşa saytlarında “gəzişmə” edib, həmkarlarımızın cızma-qaralarına göz gəzdirdik. Məzmun demək olar hamısında eynidir.

“Lex”in Çempionlar Liqasında oynamağa layiq olmadığını yazanlar çoxluq təşkil edir.

Bəziləri baş məşqçini futbolçuları oyuna düzgün kökləyə bilmədiyini yazır, kimisi də hələ ilk oyundan sonra mərhələni “Qarabağ”ın keçəcəyini proqnozlaşdırmağın çətin olmadığını oxuculara çatdırmağa çalışır.

Odur ki, yazının içindəkiləri yox, Polşa saytlarının məlum qarşılaşma ilə bağlı başlıqlarını diqqətinizə çatdıracağıq.

Onet.pl: “Lex”in rüsvayçılığı! Çempionlar Liqası uğrunda mübarizəni fəlakətli şəkildə tərk etdi”.

Se.pl: Bakıda biabırçılıq! "Qarabağ"a darmadağın olan “Lex” və Çempionlar Liqası ilə bağlı xəyalların sonu”.

Tvp.pl: “Bam, bam və xəyalların sonu. Niyə hər il eyni şey olur?”

Gloswielkopolski.pl: “Lex”in Bakıdakı biabırçılığı! "Qarabağ"a məğlub olan "Lex" Çempionlar Liqasının təsnifat mərhələsindən kənarlaşdırılıb”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti