Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb?

13 İyul 2022 13:50 Araşdırma 823
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb?

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.

Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti