«Azərbaycanda yaşadığım dönəm ilk növbədə məni şəxsiyyət kimi formalaşdırdı, həyatın nə olduğunu göstərdi, futbolçu kimi məşhurlaşdırdı».
Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin əslən Rusiyadan olan hücumçusu Ruslan Qurbanov deyib.
10 ildən artıq ölkəmizdə çıxış edən, bu müddətdə əsas yığmamızla yanaşı, «Sumqayıt», «Neftçi», «Qəbələ», «Şamaxı», «Zirə» kimi çoxsaylı klubların formasını geyinmiş forvard etimadı doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini bildirib:
«Əlbəttə, bunları əldə etməyimdə öz zəhmətim də çox oldu. Ağır zədələr aldım, əməliyyat olundum, məşqlərdə can qoydum, oyunlarda bacardığımın ən yaxşısını etdim.
İndiyə qədər əldə etdiklərimə görə Azərbaycana borcluyam. Xorvatiya və Belarus kimi ölkələrdə legioner həyatı yaşamışam.
Amma mənim üçün bu ölkələrin adı və futbolu Azərbaycanın yerini verə bilməz».

