“Tofiq Bəhramov”un bu halı Qurban Qurbanovu razı salacaqmı? - YENİ FOTOREPORTAJ

11 İyul 2022 15:00 Araşdırma 1 880
“Tofiq Bəhramov”un bu halı Qurban Qurbanovu razı salacaqmı? - YENİ FOTOREPORTAJ

İyulun 12-si saat 20:00-dan etibarən gözlər Tofiq Bəhramov adına Respublika stadionuna dikiləcək.

“Qarabağ” cəmi 1 həftə əvvəl 0:1 hesabı ilə uduzduğu “Lex”dən qisasını alıb növbəti mərhələyə7 yüksəlmək iddiasındadır.

Azərbaycan çempionuna əsas dəstək təbii ki, azarkeşlərdən gələcək. İnanaq və ümid edək ki, 31200 yerlik arena tam dolacaq.

Və ən əsas məqam, stadionun ot örtüyünün arzulanan səviyyədə olmasıdır. “Qarabağ”ın “xalça” üzərində daha rahat və inamlı təsir bağışladığını nəzərə alsaq, qazonun vəziyyətinin ideal olması işə yarayacaq.

Sportinfo.az oyuna bir gün qalmış sizə Respublika stadionundan ən son görüntüləri təqdim edir.

Qazonun mükəmməl vəziyyətdə olduğunu demək çətindir. Müəyyən hissələrdə saralmalar var ki, oyunun gedişində nöqsanlar hansısa mənada özünü göstərəcək.

Lakin əvvəlki illərin iyulu ilə müqayisədə “buna da şükür” deyib keçə bilərik.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti