“Lex” “Qarabağ”la cavab oyunu üçün Bakıya gəlir.
Paytaxtımıza çarter reysi ilə səfər edən Poznan təmsilçisini gətirən təyyarə az sonra Heydər Əliyev adına Hava Limanına enəcək.
Son Polşa çempionu Bakıda otel seçimini də edib. “Lex” paytaxtımızın dəbdəbəli otellərindən hesab olunan “Hilton”da məskunlaşacaq.
Polşadan Azərbaycana təkcə məşqçi və futbolçu heyəti yox, eləcə də klubun İdarə Heyətinin üzvləri, təxminən 100 azarkeş və oyunu işıqlandırmaq üçün 2 jurnalist təşrif buyuracaq.
“Qarabağ” – “Lex” görüşü iyulun 12-də, saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

