“Qarabağ“ın DİQQƏTİNƏ: “Lex“ Polşadan Bakıya bir “ordu” gətirir

10 İyul 2022 20:40 Araşdırma 7 512
“Qarabağ“ın DİQQƏTİNƏ: “Lex“ Polşadan Bakıya bir “ordu” gətirir

“Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Bakıda “Lex”i qəbul edəcək.

İyulun 5-də Poznanda baş tutan oyunu izləyən yerli azarkeşlərin sayı həftənin ən çox tərəfdar toplayan oyunu kimi yadda qalmışdı.

Bu dəfə həftənin rekordunun Bakıda qeydə alınacağını təxmin etmək olar.

Tofiq Bəhramov adına Respublika stadionunun azarkeş tutumu 31200 nəfərlikdir ki, arenanın tam dolacağına ümid edə bilərik.

Tərəfdarların arasında Polşadan gələn “Lex” fanatları da olacaq. Çılğınlığı və komandalarına verdiyi dəstəklə ölkədə ad çıxaran futbol azarkeşləri bu dəfə varlığını Bakıda göstərməyə çalışacaq.

“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadədən aldığımız məlumata görə, məlum oyun üçün Polşadan Azərbaycana təxminən 100 azarkeş gələcək. “Lex”dən təmsilçimizə bu barədə xəbər verilib.

Qonaq fanatlar ənənəvi olaraq 29-cu sektorda yer alacaq.

Polşadakı həmkarlarımızdan isə matçı işıqlandırmaq üçün 2 nəfər qeydiyyatdan keçib.

“Qarabağ” – “Lex” görüşü iyulun 12-də, saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti