“Neftçi”nin sabiq idman direktoru: “İsraildəki futbolçular həmişə mənim diqqətimi çəkib"

9 İyul 2022 14:40 Araşdırma 1 432
“Neftçi”nin sabiq idman direktoru: “İsraildəki futbolçular həmişə mənim diqqətimi çəkib"

“Azərbaycan klublarının bu yay İsrail bazarına üstünlük verməsi məni təəccübləndirmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” və “Şamaxı”nın sabiq idman direktoru Ceyhun Sultanov deyib.

1 ildən çoxdur aktiv menecerlik fəaliyyəti ilə məşgul olan keçmiş funksioner İsraildə çıxış edən iki legioneri bu yay Azərbaycana gəlməsinə vasitəçilik edib.

Qanalı hücumçu Qodsvey Donyonun “Makkabi”dən (Hayfa) “Neftçi”yə, uqandalı forvard Luvaqa Kizitonun “Hapoel”dən (Nof HaQalil) “Səbail”ə keçidinə yardımçı olub.

C.Sultanov İsrail bazarının Azərbaycan klubları üçün əlverişli olmasına diqqət çəkib:

“Bu ölkənin çempionatı kifayət qədər səviyyəlidir. Orada çıxış edən legionerlər keyfiyyəti ilə seçilir.

Qiymətlər münasibdir. İsraildəki futbolçular həmişə mənim diqqətimdə olub. Hələ “Neftçi”də işləyəndə, İsraildə çıxış edən bir neçə futbolçu ilə danışıqlar aparmağımız yadımdadır.

Oradan gələn futbolçular burada apadtasiya prosesini yaxşı keçir.

Məncə, klublarımızın bu yay əsasən İsraildən transferlər etməsi normal haldır. Avropada qiymətlər daha yüksəkdir. Bu amilin transfer bazarına təsirini istisna etmirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti