AFFA Hakimlər Komitəsinin yeni sədri də əcnəbi ola bilər.
Fritz Stuxliklə müqaviləni uzatmayan federasiya hazırda vakant posta bir necə xarici funksionerin namizədliyini gözdən keçirir.
Bu haqda Sportinfo.az-a qurumun özündən məlumat verilib.
Redaksiyamıza daxil olan informasiyaya görə, sədr postuna namizədlərlə danışıqlar başlayıb və yaxın günlərdə son seçim ediləcək.
Stuxlik 2018-ci ilin sentyabında Xaqanı Məmmədovu əvəzləmişdi. Avstriyalının sədr vəzifəsində qalması AFFA-ya hər ay 20 min avrodan çox məbləğə başa gəlib.
Amma federasiya bu sahədə nainki inkişafa səbəb olub, hakimliyin daha da geri getməsinə göz yumub.
Hakimlər Stuxlikin sədrliyi dönəmində qərəzli və səviyyəsiz qərarları ilə yadda qalıb, cəzasızlıq baş alıb gedib, klubların etirazı özünün pik həddinə çatıb.

