Korrupsiyada ittiham olunan iki məşhur şəxs bəraət aldı

8 İyul 2022 15:40 Araşdırma 758
Korrupsiyada ittiham olunan iki məşhur şəxs bəraət aldı

Sportinfo.az xəbər verir ki, FİFA-nın keçmiş prezidenti Yozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini ittiham olunduqları dələduzluq, etimaddan sui-istifadə və qiymətli kağızların saxtalaşdırılması işi üzrə bəraət alıblar.

Bu barədə İsveçrə məhkəməsi qərar verib.

Bildirilir ki, onların hər birinə 18 ay müddətinə şərti həbs cəzası tələb olunurdu.

Məhkəmə 2011-ci ildə FİFA tərəfindən Platiniyə 2 milyon İsveçrə frankının ödənilməsi məsələsini nəzərdən keçirib.

İsveçrə Baş prokurorluğu sözügedən ödənişin qeyri-qanuni əsaslarla edildiyini və FİFA aktivlərinə zərər vurduğunu bildirib.

Blatter və Platini isə həmin ödənişin Platininin 1998-ci ildən 2002-ci ilə qədər məsləhətçi olaraq fəaliyyətinə görə edildiyini və şifahi olaraq razılaşdırıldığını iddia ediblər.

Blatter və Platini 2015-ci ildə 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıblar. FİFA və UEFA rəhbərləri elə həmin il korrupsiya və fırıldaqçılıqda ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti