Rusiyanın Ukraynada itkiləri artır – YENİ ARAŞDIRMA

7 İyul 2022 18:10 Araşdırma 725
Rusiyanın Ukraynada itkiləri artır – YENİ ARAŞDIRMA

Rusiya Ukraynaya qarşı apardığı təcavüzkar müharibədə ciddi itkilər verməkdə davam edir.

Təkcə son sutka ərzində Rusiya ordusu 150-yə yaxın hərbi, 8 zirehli döyüş maşını, 3 artilleriya sistemi və 3 PUA itirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bununla bağlı təfərrüatları açıqlayıb.

Rusların ümumi döyüş itkiləri:

Şəxsi heyət - təxminən 36 650 (+150) nəfər, tanklar - 1602 (+2) ədəd, zirehli döyüş maşınları - 3797 (+8) ədəd, artilleriya sistemləri - 815 (+3) ədəd, reaktiv yaylım atəş sistemləri - 247 (+0) vahid, hava hücumundan müdafiə sistemləri - 107 (+0) ədəd, təyyarələr - 217 (+0) ədəd, helikopterlər - 187 (+0) ədəd, əməliyyat-taktiki səviyyəli PUA - 667 (+3), qanadlı raketlər - 155 (+2) ədəd, gəmilər/qayıqlar - 15 (+0) ədəd, avtomobil avadanlığı və tankerlər - 2665 (+17) ədəd, xüsusi avadanlıq - 66 (+1).

Rusiya qoşunlarının ən çox Avdeyevka və Baxmut istiqamətlərində itki verdiyi məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti