“Turan” BU GÜN: 10 nəfərin “okey”i verilib, 2 nəfər baxışdadır, “köhnələr” isə... ADLAR

5 İyul 2022 21:20 Araşdırma 2 226
“Turan” BU GÜN: 10 nəfərin “okey”i verilib, 2 nəfər baxışdadır, “köhnələr” isə... ADLAR

Premyer Liqada iştirak imkanı qazanan “Turan Tovuz” məşqlərə ara vermir.

Toplanışa Bakıda – “Dalğa Arena”da start verən bölgə təmsilçisi artıq doğma rayondadır.

Hazırda baş məşqçi Ayxan Abbasovun əsas məqsədi xidmətinə ehtiyac duyduğu futbolçuları komandaya cəlb edib heyəti formalaşdırmaqdır. Abbasov ayın 15-nə qədər bu məsələni həll etməyi hədəfləyib.

Düşərgədə kimlər var?

Toplanışda 20-dən artıq futbolçu iştirak edir ki, bunların böyük əksəriyyəti ötən mövsüm komandanın heyətində olanlar və aşağı yaş qruplarından “əsas”a cəlb olunanlardır.

Ayxan bəy yoldaşlıq görüşlərində onların bacarığına və hazırkı formasına diqqət yetirəndən sonra qərarını verəcək. Təbii ki, heç də hamısı “Turan Tovuz”da qalmayacaq. Ayrılanlar olacaq, bu, dəqiqdir.

Əlavə 2 futbolçu da baş məşqçinin etimadını qazanmağa çalışır. Bunlar əsasən “Qəbələ”dəki çıxışlarına görə tanıdığımız Sadiq Quliyevlə gürcü Nika Ketsurianidir. Yoldaşlıq görüşləri Sadiqlə Nika üçün də sınaq meydanı olacaq.

Növbəti mövsümdə bölgə təmsilçisinin uğurları üçün tər tökəcəyi dəqiqləşən 10 futbolçunun adı:

Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Turan Vəlizadə, Eltun Turabov, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Şakir Seyidov və Veysəl Rzayev.

“Turan Tovuz” iyulun 15-dln sonra ilk sınaq matçında qüvvəsini sınayacaq. Rəqibin adı və görüşün keçiriləcəyi tarix hələ ki, dəqiqləşməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti