AFFA yeni tender elan etdi, vəd Verdi: “Şəffaflıq qorunacaq”

5 İyul 2022 16:20 Araşdırma 1 291
AFFA yeni tender elan etdi, vəd Verdi: “Şəffaflıq qorunacaq”

AFFA Gəncə şəhər stadionunda iki təbii örtüklü məşq meydançasına avadanlıqların alınmasına görə tender elan edib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlidir. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.

Müddət iyulun 18-də saat 17:00-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!