10 il Premyer Liqada oynadı, legioner həyatı yaşadı – Qazandığı pullar hara getdi?

2 İyul 2022 19:00 Araşdırma 1 490
10 il Premyer Liqada oynadı, legioner həyatı yaşadı – Qazandığı pullar hara getdi?

“Nə yalan deyim, özümə xoş güzəran qura bilməmişəm. Amma yenə də bu günümə şükür edirəm”.

Vaxtilə “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” kimi aparıcı komandaların şərəfini qorumuş, Azərbaycan millisində çıxış etmiş Nodar Məmmədov Sportinfo.az-a açıqlamasında hazırkı vəziyyətindən danışıb.

Nodar futbolçu karyerasının ilk 10 ilində Premyer Liqa komandaların formasını geyinsə də, son illər Birinci Divizionda top qovur.

Görəsən, vaxtilə qazandığı pulları hara xərcləyib? Nə əcəb özünə biznes qurmayıb? Bu gün onu “divizion”da oynamağa nə vadar edir?

Öz dilindən eşidək:

“Deyim ki, cavanlıq eləmişəm, sağa-sola xərcləmişəm, yox. Sadəcə, qazandığım tək özümə qalmırdı. Qardaşıma, ailəmə kömək etmişəm.

Şükür Allaha, evim, maşınım, gözəl ailəm var. Amma biznes mənasında heç nə etməmişəm. Biznesim olsaydı, “divizion”da oynamavdım, işim-gücümlə məşğul olardım. Yenə deyirəm, bu günümüzə şükürlər olsun”.

Nodar Məmmədov Premyer Liqada “Şahdağ”, “Qarabağ”, MOİK, “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, ”Xəzər Lənkəran” kimi komandaların heyətində 200-ə yaxın oyunda meydana çıxıb, Şimali Kiprdə “Yeni Boğaziçi”ndə legioner həyatı yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti