“Qarabağ” qorudu, “Qəbələ” dəyişdi - Avropanın ən güclüləri arasında

27 İyun 2022 12:40 Araşdırma 1 383
“Qarabağ” qorudu, “Qəbələ” dəyişdi - Avropanın ən güclüləri arasında

Avropanın top-klublarının iyun ayı üçün son reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə 450 ən güclü klub yer alıb.

Avropanın ən güclüləri arasında Azərbaycan üç komanda ilə təmsil olunub. Son 9 ildə 8 dəfə Premyer Liqanın çempionu olan “Qarabağ” Azərbaycanın ən yaxşısıdır.

“Köhlən atlar” 183 xala malikdir. “Qarabağ” 80-ci yerdəki mövqeyini qoruyub.

“Neftçi” 33 xalla 214-cü pillədə qalıb. Bu iki komandadan fərqli olaraq, “Qəbələ”nin mövqeyi dəyişib. 5 xala malik Qəbələ təmsilçisi 3 addım geriləyərək, 373-cü sırada yer alıb.

Siyahıya 2251 xala malik Madrid “Real”ı başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu